"Babadan qalma tüfəngdir, dedim, çıxım, havamı dəyişim"
Samuxda qanunsuz ov edən nazirlik əməkdaşı tutulub.
Qanunsuz ovla bağlı mübarizə aparanın özü etdiyi əmələ görə tutulub.
ARB Kəpəz xəbər verir ki, polis nazirlik əməkdaşı ilə yanaşı, bir nəfəri də saxlayıb. Xidməti avtomobildən isə odlu silah və ovlanan quş aşkarlanaraq maddi sübut kimi götürülüb.
Samux rayonunun Hacallı kəndi ərazisində Gəncə sakinləri Mais Vəliyev və Bəxtiyar Qurbanov ov edərkən polisin əlinə keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların artırılması və mühafizəsi departamentində aparıcı müfəttiş vəzifəsində işləyən Mais Vəliyevin "NİVA" markalı xidməti avtomobilinə baxış keçirilən zaman oradan sənədləri olmayan "TOZ" markalı ov tüfəngi və 48 ədəd patron, eləcə də 1 ədəd alabaxta quşu aşkarlanıb.
Mais Vəliyev - saxlanılan şəxs: "Nazirlikdən bildirdilər ki, mən necə işçiyəm. Mən həyatı boyu səhv iş görməmişəm. Tanıdığımdan özüm də tənbeh elədim ki, belə işlər görmək olmaz. Ancaq özümü onda təqsirli bilirəm ki, səhv etdim, məlumat vermədim".
Verilməyən məlumat, üstəgəl qanunsuz edilən ov indi həm müfəttiş, həm də vətəndaş üçün başağrısına çevrilib.
Bəxtiyar Qurbanov - saxlanılan şəxs: "Vallah, mən neçə il Rusiyada yaşamışam. Hava xoşuma gəldi. Babadan qalma tüfəngdir, dedim, çıxım, havamı dəyişim. Bir dənə göyərçin vurmuşuq".
Saxlanılan hər iki şəxsin əməlinə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub