Əynindəki köynəyin üstündən təzəsini geyinərək özünü müştəri kimi göstərir.
Amma əsl niyyəti köynəyi almaq yox, oğurlamaq olub. Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Bakıda Səbail rayonu Nizami küçəsindəki mağazalardan birindəndir.
Bahalı geyim mağazasına daxil olan 25-30 yaşlı bir kişi əynindəki köynəyin üstündən təzəsini geyinərək güya onu almaq istəyir. Bir müddət sonra o, mağazada çox müştəri olduğunu və satıcıların onlara başları qarışdığını görüb həmin köynəyi çıxararaq öz köynəyinin alında gizlədir.
Bütün olanlar isə mağazanın təhlükəsizlik kamerasına düşüb. Şəxsiyyəti hələki məlum olmayan şəxs mağazanı dərhal tərk etmir ki, ətrafdakılar şübhələnməsin. O, biraz mağazanın içində gəzərək vitrindəki digər paltarlara baxır.
Fürsət tapan kimi isə mağazadan çıxıb gedir. Mağzanın satıcısı Yusif Yusiflinin sözlərinə görə, həmin köynəyin 40 manat qiyməti olub. Onlar hadisə barədə axşam kameralara baxarkən xəbər tutublar. Dərhal ərazi üzrə polis bölməsinə məlumat veriblər. Mağazaya gələn polis indi görüntülər əsasında həmin şəxsi axtarır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub