Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı-Kiyev aviareysilə getmək istəyən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən üzərində 10 min ABŞ dollarından başqa xarici valyutanın olmadığını bildirib. Lakin vətəndaşın hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğu üçün o, sərhəd nəzarətindən keçdikdən sonra steril zonada saxlanılıb və üzərində təkrar şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibindən 264 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 26 400 dollar aşkar edilib.
Vətəndaş izahatında bildirib ki, 26 400 dollar məbləğində xarici valyutanı Ukraynaya kommersiya məqsədilə aparmaq istəyib. Lakin qanunla müəyyən edilmiş həddən yuxarı olduğuna görə, 10 min ABŞ dollarından artıq olan 16 400 dolları əvvəlcədən tanımadığı iki sərnişinə verərək gömrük nəzarətindən keçirməyi xahiş edib. Gömrük nəzarətindən keçdikdən sonra isə steril zonada həmin şəxslərə verdiyi valyutanı geri alıb.
Beləliklə, vətəndaş gömrük orqanını aldadaraq, qanunla icazə verilən 10 min dollardan artıq olan 16 400 dolları digər sərnişinlərə paylayaraq qanunsuz yolla gömrük sərhədindən keçirməyə cəhd göstərib.
Faktla bağlı araşdırma aparılır.
publika
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1002 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
966 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
958 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
956 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
934 dəfə oxunub