Mynews.az Ölkə.Az-a istinadən xəbər verir ki, dəfn edildikdən sonra dirilən qız öz yas mərasiminə gəlib.
Qız paltar tikməklə məşğul olanda adəti üzrə düymənin birini ağzında saxlayıb. Tikişlə məşğul olan qız dodaqaltı mahnı oxuyur və anasının suallarına cavab verirmiş. Qəflətən dərindən nəfəs alan qızın havası çatmayıb. Onun boğazı qovuşub və öskürməyə başlayıb. Doğmaları nə baş verdiyini anlamadıqları üçün panikaya düşüblər. Qızın ürəyi dayanıb və nəfəs almayıb. Tikiş alətlərini və ətrafa səpələnmiş düymələri görən ailə üzvləri nə baş verdiyini anlayıblar. Düymə qızın traxeyasına ilişərək oksigen və havanın yolunu kəsib. Qızın bədəni göyərməyə başlayıb. Yaxınlıqda isə xəstəxana olmayıb. Qızı xəstəxanaya çatdırsalar da, həkimlər boğulma diaqnozu qoyublar. Ailə kədərə qərq olur. Bir gün sonra gənc qızı dəfn ediblər. Onu gözəl geyindirərək sevimli qızıl üzüyünü də barmağına taxıblar. Dəfndən sonra yas mərasimi keçirilib. Amma yas mərasimi yarıda kəsilib. Çünki qəflətən qapı döyülüb. Ölən qız öz yas məclisinə gəlib. Qonaqlar qarşılarında bir müddət əvvəl dəfn etdikləri qızı görəndə dəhşətə gəliblər. Bu isə qızın anası üçün də dəhşətli sürpriz olub. Onun üst-başı palçıq içində olub. Qızı evə salıb üst-başını dəyişərək yemək veriblər. Bir az istirahət edən qız başına gələnləri danışıb. Məlum olub ki, qızın udduğu düymə oskigen yolunu tam tutmayıb. Düymənin deşiklərindən cüzi də olsa oksigen gedirmiş. Amma onun ürək döyüntüləri zəifləyir və idarəetməni itirir. Ətrafda baş verənləri eşitsə də, heç bir reaksiya göstərə bilməyib. Qızın xilas edilməsi də qəribə təsadüfdən sonra baş verib. Onun barmağındakı qızıl üzüyə tamah salan oğrular qəbiri qazaraq meyiti çölə çıxarırlar. Gecə vaxtı meyiti çölə çıxaran oğrular qızıl üzüyü qızın barmağından çıxarırlar və paltarını da soyundurmaq qərarına gəlirlər. Qızı soyunduranda qəflətən onu kürəyi üstə çevirirlər və nəticədə düymə nəfəs borusundan çıxır. Qız nəfəs alaraq özünə gəlir. Oğrulardan ikisinin qorxudan hadisə yerində ürəkləri partlayır. Digərlərini isə sonradan həbs edərək məhkəmə qarşısına çıxarırlar.