“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç, 48 yaşlı "Abşeron" klubunun sabiq prezidenti Yaşar Rüstəmov və Vladimir Miloeviç adlı şəxs naməlum şəxslərin hücumuna məruz qalıb.
Mynews.az-ın istipress-ə istinadən məlumatına görə, hadisə ötən gün Belqraddakı kafelərdən birində, səhər saat 6 radələrində baş verib. Tərəflər arasında toqquşma nəticəsində Miçoviç başından xəsarət, Yaşar Rüstəmov vətəndaşı isə bud nayihəsindən güllə yarası alıb.
Məlumata görə, əvvəlcə tərəflər arasında mübahisə şəhər kafelərin birində yaranıb, sonra isə kafedə davam edib. Bu zaman təkcə yumruqlar deyil, silah da işə düşüb. Bundan sonra atəş açan və hücum edən şəxslər hadisə yerindən qaçıblar. Sonra kafeyə dərhal təcili yardım çağırılıb.
Qeyd edək ki, Miçoviç 2005-2010-cu ildə “Neftçi”də oynayıb. 2014-cü ildə isə bu komandada məşqçi kimi fəaliyyət göstərib.

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub