Uşaq hər şeyi valideynlərinə danışıb
Mingeçevir şəhərində 8 yaşlı oğlan narkotik aludəçisi olan şəxs tərəfindən zorlanıb. Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində yerləşən 73 saylı binanın zirzəmisində baş verib.
Belə ki, təqribən 35-38 yaşlarında olan Ağali Sadıqov 8 yaşlı qonşusunu aldadaraq zirzəmiyə aparıb və onu zorlayıb.
Hadisədən xəbər tutanlar bu barədə zərərçəkənin yaxınlarına məlumat verdikdən sonra uşaq hər şeyi valideynlərinə danışıb.
Narkotik aludəçisi olan A.Sadıqov hadisə barədə başqalarının xəbər tutmasından sonra qaçıb gizlənməyə çalışıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Sadıqov saxlanılaraq istintaqa cəlb olunub. İlkin araşdırmalar zamanı onun dəfələrlə azyaşlını cinsi istismara məruz qoyaraq zorladığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, A.Sadıqov həyat yoldaşından boşanıb və iki uşağı var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub