Bakıda qətl törədilib.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.
Hazırda hadisənin digər iştirakçılarının olub-olmaması araşdırılır.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub