"Çəkil, mən də vurum! Alçaq!" Bu sözləri deyən qadın yerə yıxılmış avtobus sürücüsünü təpikləməyə başlayıb.
Mynews.az Milli.Az-a istinadən bildirir ki, olay İspaniyanın İbisa kurortundakı San-Antonio şəhərciyində yaşanıb.
Benimussa parkının yaxınlığında dayanmış avtobusdan sürücünü sürüyüb yerə salan ərlə arvad onu döyməyə başlayıblar.
Sürücünün suçu, nə üçün döyüldüyü bəlli olmayıb.
Lakin ərlə arvadın sərxoş olduqları aydın idi.
İbisa polisi xuliqan ər-arvadı saxlayıb.
Onların Britaniya vətəndaşları olduqları aydınlaşıb.
Sürücünün dediyinə görə, sərxoş britaniyalı turist ona "Avtobusu tez sür, sürətli sür!" əmrini verib."Mən ona bunun mümkün olmadığını, sərnişinlərin həyatı ilə risk edə bilməyəcəyimi dedi. O isə "Çimərliyə tələsirik, axmaq!" deyərək məni söyməyə, sonra da vurmağa başladı. Avtobusu saxladım, onlardan düşmələrini istədim. Məni döydülər", - sürücü Manuel Santyaqo deyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub