Bakıda yayda baş vermiş dəhşətli yol qəzasının videosu sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az xəbər verir ki, qəza yolayrıcında baş verib. "Qazel" markalı avtomobil sola dönərkən düzünə hərəkət edən "Mercedes" onunla toqquşur. Sonra isə idarəetməni itirərək piyada keçidi ilə yolu keçməyə hazırlaşan ailəni vurur. Ər-arvad və uşaq arabasındakı körpəni vuran avtomobil svetoforu da aşırır. Maşın o qədər sürətlə hərəkət edir ki, yolayrıcında dayanan yol polisi əməkdaşını da vura bilərdi. Polis qəzadan bir anda xilas olur.
Səkiyə dəyəndən sonra maşının ön tərəfi qalxır və qadını vuraraq svetofora çırpır. Əsas zərbə elə qadına dəyir. Kişi və arabadakı uşaq yüngül xəsarət alır. "Mercedes" isə səkidən asılı vəziyyətdə qalır. Yol polisləri dərhal hadisə yerinə qaçaraq yaralılara kömək etməyə çalışırlar.
Videodan belə anlaşılır ki, "Qazel" dönmə əməliyyatı zamanı dönmə işıqlarından istifadə etmir. "Mercedes" isə yüksək sürətlə hərəkət etdiyi üçün dayana bilmir və belə bir dəhşətli qəza baş verir.
Həmin görüntüləri təqdim edirik:
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub