Tanınmış biznesmen və müğənni Emin Ağalarov şəxsi həyatı ilə bağlı bəzi məqamları etiraf edib.
Mynews.az PrimeTime.Az-a istinadla xəbər verir ki, müğənni “Alena, blin!” verilişinə qonaq olub. Jurnalist Alenanın suallarını cavablandıran ifaçı ABŞ-da təhsil aldığı zamanlar ofisiant işlədiyini bildirib: “ABŞ-da olduğum zaman ailəmin mənim üçün göndərdiyi pulu xərcləmişdim. İkinci dəfə onlardan pul istəməyə utandım. Ona görə kafelərin birində ofisiant köməkçisi kimi işə başladım. Daha sonra ofisiant oldum. Bundan əlavə, ayaqqabı da satmışam. O zamanlar çox gənc idim. Mən, sadəcə, nəyisə tək başına edə biləcəyimi dadmaq istədim”.
Ağalarov bir konsert üçün aldığı qonorarı da açıqlayıb. O, hər konsertdən 1 milyon Rusiya rublu (28400 AZN) qonorar aldığını bildirib.
Şəxsi həyatından danışan sənətçi sevgilisi Alena Qavrilova ilə hələlik evlilik düşünmədiklərini deyib: “Hələ gəncəm. Düşünürəm ki, bu haqda danışmaq çox tezdir. Gələcək üçün başqa planlarım var”.
Şou-biznesdən heç kimlə sevgili olmadığını deyən Emin yayılan şayiələrin həqiqəti əks etdirmədiyini bildirib: “Əsl alicənab insanlar keçmişi və münasibətləri barədə danışmaz”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub