Bakıda dələduzluqda təqsirləndirilərək həbs edilən qadın azadlığa buraxılıb.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə vəkil Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, təqsirləndirilən şəxs Tamilla Eyyubova Cinayət Məcəlləsinin 178.3.2-ci (küllü miqdarda dələduzluq) maddəsilə ittiham olunaraq Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Qadın zərərçəkmiş Elman Cəfərovun şikayəti əsasında saxlanılıb. Təqsirləndirilən şəxs 280 min dolları ələ keçirməkdə ittiham olunub. T.Eyyubova 9 ay həbsdə saxlanılandan sonra azadlığa buraxılıb. İstintaqın gedişatında ittihamın əsassız olduğu aşkarlanıb, qadının şərləndiyi müəyyən edilib.
“Guya Elman Cəfərovun 280 min ABŞ dollarını ələ keçirməyə görə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdi. Tamilla Eyyubova 9 ay həbsdə qalmasına baxmayaraq, həbsdən azad edilərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail oldum. Hər iki şəxsin Gürcüstan Respublikasında şərikli hotel işlətmələri müəyyən edilib. Şərikli fəaliyyət zamanı müflis olublar. Yəni yatırım etdikləri pullara görə qazanc əldə edə bilməyərək, əsas məbləği belə qaytara bilməyiblər”, - vəkil bildirib.
“Ən maraqlısı, zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə istintaq hərəkəti zamanı Elmanın hüquqlarını müdafiə etdiyim şəxs Tamillanı hələ sevdiyini öz ifadəsində bildirməsidir. Elmana sual veriləndə ki, nə üçün sevdiyin qadını tutdurmusan, bunu əsəbiləşərək etdiyini deyib. İstintaq materiallarından da müəyyən olunur ki, Elman Tamillanı sevdiyinə görə və sonuncunun ölkəni tərk edib getməməsi üçün onu qısqanclıq zəminində həbs etdirib. Hazırda da Elman hüquqlarını müdafiə etdiyim şəxsə sevgi mesajları yazmaqda davam edir”, - deyə vəkil əlavə edib.
T.Eyyubova həbsdən azad edilərək barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub