“Dedi, mənə toxunma xəstəyəm” Diabetli qıza TƏCAVÜZ

829
“Dedi, mənə toxunma xəstəyəm” Diabetli qıza TƏCAVÜZ

Zorlamada təqsirli bilinən Lənkəran sakini, 1981-ci il təvəllüdlü Elnur Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

 

Mynews.az Teleqraf.com-a istinadən xəbər verir ki, Elnur Əzizov Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yaşayış evinin zirzəmisində yerləşən, “Prince” adı ilə fəaliyyət göstərən çay evində işləyib. 


 

İnternetdə tanışlıq 

 

Elnur Əzizov internetdə “şəkərli diabet tip 1 diaqnozu” xəstəliyindən əziyyət çəkən 1985-ci il təvəllüdlü Ayan Əliyeva (ad və soyad şərti verilib) ilə tanış olub. O, iki uşaq atası olmasını Ayandan gizlədib, özünü subay kimi təqdim edib və evlənmək üçün ali təhsilli qız axtardığını bildirib. 

 

Elnur Əzizov sonra Ayan Əliyeva ilə şəhərin müxtəlif yerlərində, o cümlədən işlədiyi çay evində dəfələrlə görüşüb, söhbətlər edib. O, Ayan Əliyevanın ağır şəkər xəstəliyindən əziyyət çəkdiyini və gün ərzində 4 dəfə  “insulin” iynəsi qəbul etdiyini  bilsə də, öz cinsi ehtirasını təmin etmək məqsədilə sonuncunun iradəsinə zidd olaraq onunla zorla cinsi əlaqədə olmaq qərarına gəlib.  Elnur Əzizov niyyətini həyata keçirmək məqsədilə 28 yanvar 2014-cü ildə Ayan Əliyevanı işlədiyi “Prince” çay evinə dəvət edib. Ayan həmin gün, saat 17.53-də çay evinə gəlib. 

 

Təcavüz 

 

Bu zaman Elnur Əzizov Ayan Əliyevanı çay evinin ümumi zalından ayrı yerləşən otağa aparıb. Orada Ayan Əliyevanı zorla taxta çarpayıya yıxıb. 

 

Bu vaxt Ayan Əliyeva “insulin” iynəsinin qəbuletmə vaxtı çatdığından özünü taqətsiz hiss etdiyini bildirib. Amma Elnur Əzizov onun dediklərinə əhəmiyyət verməyib. 

 

Əksinə Ayan Əliyevanın belə vəziyyətindən istifadə edib, onu taqətsiz vəziyyətə salıb və zorla paltarlarını soyundurub. Elnur Əzizov özü də soyunaraq, təxminən 30 dəqiqə Ayana qarşı seksual xarakterli hərəkətlər edib, sonra onunla zorla cinsi əlaqədə olub. 

 

İki maddəli cinayət işi

 

Elnur Əzizov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham edilib. 


 

7 il cəza 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Əzizov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elnur Əzizov apelyasiya şikayəti verib. 

 

Elnur Əzizov qeyd edib ki, cinayət hadisəsinin baş verməsində heç bir günahı yoxdur. 

 

Qeyd edib ki, zərərçəkmiş onunla könüllü cinsi əlaqədə olub. O, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. 


Zərərçəkmiş Ayan Əliyeva da apelyasiya şikayəti verib. O, qeyd edib ki, Elnur Əzizov tərəfindən aldadılaraq təcavüzə məruz qalıb. Zərərçəkmiş Elnur Əzizovun barəsində olan hökmün ləğv edilməsini, ona daha ağır cəza təyin edilməsini istəyib. 


Tərəflərin şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb. Apelyasiya instansiyasında işi araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib. 


Daha sonra hər iki tərəf kasasiya şikayəti verib. Onların kasasiya qaydasında verdikləri şikayətləri baxılması üçün Ali Məhkəməyə göndərilib. 


Hakim İlham Cəfərovun sədrlik etdiyi kollegiyada tərəflərin kasasiya şikayətləri araşdırılıb. Kasasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. 


Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin şikayəti təmin edilməyib. 

Xəbər lenti