Şirvanda qətl törədilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakini Əvəz adlı şəxsi (soyadı hələlik məlum deyil) bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Ona baxış keçirilərkən aldığı xəsarətdən öldüyü məlum olub.
Araşdırmalar zamanı hadisənin Şirvan sakini Məmmədov Anar Malik oğlu tərəfindən törədildiyi müəyyənləşib. Belə ki, A. Məmmədovla həmin şəxs arasında mübahisə düşüb. Dünyasını dəyişən şəxs A. Məmmədovu silahla hədələyib. Bu zaman A. Məmmədov üzərindəki bıçaqla ona xəsarət yetirib. O, daha sonra yaralını xəstəxanaya çatdırıb və polisə təslim olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub