Sosial şəbəkələrdə “Gelandewagen”lərdən ibarət toy karvanının Bakı yollarında hərəkəti iflic etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əsk etdirən görüntülər yayılıb.
Mynews.az-ın AzVision.az-a istinadən məlumatına görə, kadrlardan görünür ki, “Gelandewagen”lərdən ibarət kartej yolun bütün hərəkət zolaqlarını zəbt edərək sürücülərin hərəkətinə ciddi problem yaradıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılır.
DYP rəsmisi qeyd edib ki, həmin avtomobillərin sürücülərinin kimiyi müəyyən edildikdən sonra onlara qarşı lazımi cəza tədbirləri görüləcək.
“Həmin görüntülərə baxmışıq. Orada 4 “Gelandewagen”in olduğu görünür. Ümumilikdə, həmin toy karvanında 11 avtomobil olub. Bu, o demək deyil ki, həmin toy karvanı yalnız “Gelandewagen”lərdən ibarətdir. Görüntülər bizim kameralarımız tərəfində lentə alınıb. Həmin sürücülərin aşkar edilib, məsuliyyətə cəlb olunması istiqamətində işlər görülür.
Ailə quran bütün cütlüklərə xoşbəxtlik arzu edirəm, onların valideynlərinə gözaydınlığı verirəm, təəssüf ki, bəzi mental xüsusiyyətlərimizlə bağlı təhlükəli vərdişlər hələ də mövcuddur
“Mən ömrümdə bir dəfə ailə qururam” düşüncəsi ilə yol hərəkəti qaydalarını pozmaq olmaz. Bu, gülünc haldır. XXI əsrdə belə hərəkətlərə yol vermək olmaz”.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub