Bakıda toy mərasimində dava olub.
Mynews.az Report-a istinadla xəbər verir ki, hadisə Qaradağ rayonundakı şadlıq saraylarından birində baş verib.
Belə ki, mərasim zamanı Sarıyev Qabil Ağakərim oğlu keçmiş qaynı və xalası oğlu Paşayev Elnur Rasim oğlu tərəfindən döyülüb. Nəticədə o, ağır kəllə-beyin xəsarəti alıb.
Hadisə yerinə çağırılan təcili yardım maşını Q.Sarıyevi 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə çatdırıb və o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törətmiş E.Paşayev isə qaçıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub