Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının ölümü ilə bağlı sözügedən kənddə yeni şayiələr yayılıb.
Ürəyinə iynələr sancılaraq öldürülüb, daha sonra su quyusuna atılan körpənin qatili heç də nənəsi Atifə Nurullayeva deyil.
Kənd camaatı iddia edir ki, körpəni öldürən onun doğma əmisi Faiq Nurullayevin həyat yoldaşı olub. Səbəb isə bir uşaqdan sonra ikinci uşağa hamilə qala bilməyən əmi arvadının, ikinci dəfə uşaq dünyaya gətirən qaynı arvadına qısqanclığıdır.
Bildirilir ki, hadisə baş verdikdən sonra polisə ilk olaraq məlumat verən körpənin atası Şaiq Nurullayev olub. Araşdırmadan sonra ilk şübhəli olaraq isə istintaqa körpənin əmisi F.Nurullayevin həyat yoldaşı cəlb edilib. Ancaq daha sonra bütün şübhələri körpənin nənəsi A.Nurullayeva öz üzərinə götürüb və hadisəni özü törətdiyini etiraf edib.
Ancaq darqubalılar iddia edib ki, ilkin araşdırma zamanı həmin gecə evdə olan hər kəsdən qan analizi götürülüb. Analizin nəticələrinə görə, evdə gecələyən hər kəsin qanında yuxu dərmanı aşkarlanıb, bircə öldürülən körpənin əmisi F.Nurullayevin həyat yoldaşından başqa.
Şayiələrə görə, hadisə baş verən gecə körpənin əmisi arvadı evdəkilərin yeməyinə yuxu dərmanı qataraq, hamını yatırdıb və hadisəni törədib.
F.Nurullayev isə həyat yoldaşının həbs edilməməsi üçün anasından qətli öz üzərinə götürməsini istəyib və beləliklə də A.Nurullayeva təqsirsiz olduğu halda qətli öz üzərinə götürüb.
Xatırladaq ki, A.Nurullayevanın hər iki gəlini öz qohumudur. Körpəsi öldürülən gəlini bacısının, körpəni öldürdüyü iddia edilən gəlini isə baldızının qızıdır. Gəlinlər arasında qısqanclığa səbəb də A.Nurullayevanın öz bacısı qızı olan gəlininə qarşı daha qayğıkeş olması olub.///axar.az
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub