“Göygöl qatili”: Çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin?

564
“Göygöl qatili”: Çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin?

Göygöl rayonunda ana və qızının ölümü ilə bağlı təfərrüat məlum olub. 

Mynews.az Report-a istinadən xəbər verir ki, arvadını və qaynanasını öldürən Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Adil oğlu Əliyev polisə könüllü olaraq təslim olub. 

O, ilkin dindirmələr zamanı arvadı, 1989-cu il təvəllüdlü Günel Vilayət qızı Əliyevanı namus üstündə, qaynanası, Tovuz rayon Əlimərdanlı kənd sakini, 1964-cü il təvəllüdlü Minayə Əliyevanı isə həyat yoldaşını döyən zaman onları ayırmaq məqsədi ilə araya girərkən təsadüfən vurduğunu deyib: “Çox söz-söhbət gəzirdi. Ona görə də bezmişdim. Həyat yoldaşıma isə xəbərdarlıq edərək belə bir şey olsa onu öldürəcəyimi demişdim. Başqa çıxış yolum yox idi. Artıq yoldaşımın çıxardığı oyunları bütün kənd bilirdi. Mən fəhlə əzab-əziyyətlə çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin? Onu namus üstündə, başqası ilə gəzdiyi üçün öldürmüşəm”.

Zaurun atası A.Əliyev oğlunun hadisəni namus üstündə törətdiyini bildirib: “Heç kim istəməzdi belə bir şey olsun. Nəticədə oğlumun ailəsi dağıldı, həyatı məhv oldu. Oğlum hadisəni qısqanclıq zəmnində törədib”.

Kənd sakinlərinin verdiyi məlumata görə, Günel Əliyevanın başqa bir kişi ilə gəzməsi kəndə yayılıb. Məsələdən xəbər tutan Zaur Əliyev isə bu hadisəni törədib.

Məlumata görə, Zaurun ailəısi 2007-ci ildə Gəncə şəhərindən Göygöl rayonunun Qızılca kəndinə köçüb. Zaur valideynləri ilə birgə yaşayırmış. O, atası ilə birgə günəmuzd olaraq elektrik və bənna işləyirmiş. Ona görə də çox vaxt ata və oğul evə axşam saatlarında gəlirmiş. Günel Əliyeva isə evdə çox vaxt iki azyaşlı övladı və qaynanası ilə birgə olurmuş. Deyilənlərə görə, Günelin qaynanası qohumlarının evinə gedən zaman isə o evə başqa birini gətirib. 

Hadisədən bir gün əvvəl Zaur öz həyat yoldaşının başqasıya görüşməsi ilə bağlı eşitdiklərinə aydınlıq gətirmək üçün həm xalası, həm də qaynanası olan Minayə Əliyeva evinə çağırıb. Hadisə baş verən zaman evdə onların 1 və 2-ci sinifdə oxuyan uşaqları, Zaurun anası və atası da olub. Zaurla həyat yoldaşı arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman Zaur mətbəx bıçağı ilə Günelin başını kəsərək bədənindən ayırıb. Hadisədən dəhşətə gələn Minayə Əliyeva qızının öldüyün görüb Zaurun üstünə atılıb. Zaur isə qaynanasına bir neçə bıçaq zərbəsi vuraraq onu yaralayıb. Günel hadisə yerində, azyaşllı övladlarının gözü qarşısında ölüb. Onun anası M.Əliyeva isə xəstəxanaya aparılarkən yolda ölüb. 

Hadisədən sonra Zaur polisə zəng vuraraq hadisəni törətdiyini bildirib və könüllü olaraq təslim olub.

Baş vermiş hadisə ilə bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti