Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat nəticəsində şəhər ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Ceyhun Fyodorov saxlanılıb.
C. Fyodorovun ətrafında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 1 evin qarşısından velosiped və təmir-tikinti alətləri, 1 evdən 605 manat pul və qızıl əşyalar, 1 evin həyətindən geyim əşyaları, şəhər sakini olan bir nəfərin 10 000 ABŞ dolları, 700 manat və 40 avro pulunu, 1 qarajdan qaynaq aparatı, habelə binalardan birinin girişindəki liftin əyləc dodağını və mərasim zallarından birindən samovar oğurlaması da müəyyən edilib.
Mynews.az-a verilən məlumata görə, qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub