Bu videoda izlədiyiniz dava-dalaş bu gün bir az əvvəl Yasamalda A.M.Şərifzadə küçəsində yerləşən Kontakt Home filialında yaşanıb. Aadı açıqlanmayan xanım müştəri əvvəlcə xəzinə şpbəsinin otağında aldığı telefonun xarab çıxdığını sübut edərək haqqını tələb etməyə çalışıb, daha sonra onun oğlu da KontaktHome yetkilisinə etiraz edib. Səbəb isə, həmin yetkilinin polisə zəng vuracağı hədəsi olub. Qadın deyir ki, 700 manat verib telefon alıb, ancaq telefon işləməyib. KontaktHome servisinə gedib, ancaq orda da problem həllini tapmayıb. Onun dediyinə görə, servis xidmətiə telefonu xarab çıxan müştərilərlə dolub daşır. Şirkətin başqa işçiləri müştərini sakitləşdirməyə çalışırdılar. Bizimyol.info ə məkdaşı bu hadisənin şahidi olub.
Dünən tanınmış alim, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev də öz facebook profilində Kontakt Home özbaşınalığının qurbanı olduğu barədə belə bir status paylaşmışdı:
“Xəbər saytları üçün xəbər:
Kontakt Home mağazalarından mal almayın. Baxmayın sağda solda verdikləri reklama, məqsədləri xidmət deyil, sırf pul qazanmaqdır. Müştəri məmnunluğunu təmin edirlər mi, bir də vətəndaşlar qərar versin.
Müştəriyə ta başdan göstərdikləri etinasızlığı burada obyektiv şəkildə təqdim edirəm.
1. 12 Avqust 2017 tarixində 3-cü mikrorayon kruqunda yerləşən Kontakt Home mağazasından 1350 manata nağd pulla LG markalı soyuducu alıram.
2. Soyuducu 14 Avqust 2017 tarixində ünvana gətirilir. O saatda evdə yox idim. Soyuducunu gətirən şəxs soyuducunun böyük olduğuna görə mətbəxə girmədiyini, bunun üçün servis çağırıb qapının sökülüb sonradan quraşdıralacağını, servisdə bu xidmətin 40 manat olduğunu qeyd edir. Sonradan mətbəxin qapısını sökərək soyuducunu içəri salırlar.
3. Axşam evə gəldikdə, soyuducu qapısının bağlama mexanizmində bir qüsur aşkar edirəm. Soyuducunu heç qoşmuram.
4. Ertəsi gün, 15 Avqustda, bunların texniki dəstək nömrəsinə zəng edirəm. Məsələyə pozitiv yanaşmadıqları üçün gedirəm aldığım mağazaya, müraciətimi alıb qeyd edirlər ki, ən geci sabah soyuducu dəyişdiriləcəkdir.
5. 15 və 16 Avqustda texniki xidmətdən zəng gəlir ki, bu gün bəlkə gəlib baxdıq. Vaxt eləsək. 16 Avqustda 14.00 ilə 16.00 arasında bunları gözlədiyim halda gəlmədilər, halbuki razılaşmışdıq.
6. Satılan mal daha sonra xarab olmadığı, xarab halda mənə gətirilib təhvil verildiyi nəzərə alınsa, bu İnzibati Xətalar Məcəllləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xəta təşkil edir.
7. Bu 3 gün ərzində keçirdiyim əsəb gərginliyinin mənəvi zərər olaraq dəyəri bir xeyli yuxarı olsa gərək. 17 Avqust 2017 tarixində saat 11 radələrində bunlarla telefonla əlaqə saxlayıb müdriyyətlə danışmağı tələb etsəm də, onlarla bağlamamışlar, onun əvəzində xətdə gözlədiblər, sonra da deyiblər ki texniki servis ilə əlaqə yarada bilməmişik, yarım saata əlaqə saxlayacayıq. Onlara açıq açıq hansı addımları atacağımı bildirdim, məsələnin düzəldilməsi üçün hansı addımlar atacaqlarını soruşdum. Yəni məndən günah getdi. Bu səbəblə bu gün etibarıyla rəsmi instansiyalara şikayət edirəm və məsələni də ictimailəşdirirəm ki, gələcəkdə siz də belə bir qeyri-peşəkarlığın qurbanı olmayasınız.
8. 17 Avqust axşam saatlarında mağazadan zəng edib, soyuducunun əvəzinə vitrindəki malı verməyi təklif etdilər. Qəbul etmədim. Həmin axşam soyuducunu qapısını öz imkanlarımla düzəltdirdim”.
Bu problemlə bağlı araşdırma aparacağıq. Çünki müştərilərin aldadılması və incidilməsi faktları çoxdur.