Türkiyənin Bursa şəhərində mağazada satıcı işləyən azərbaycanlı Məhəmmədəli O. 74 yaşlı Türkiyə vətəndaşına qarşı dələduzluq edib.
Mynews.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, hadisə Bursanın Yıldırım bölgəsində baş verib. 44 yaşlı azərbaycanlı baxıma ehtiyacı olduğu üçün evlənmək istəyən M.F.A. adlı şəxsi dul qaynanası ilə evləndirəcəyi vədilə aldadıb və 22 min TL pulunu mənimsəyib.
Məhəmmədəli təklifinin qəbul edilməsi üçün M.F.A-dan yol və passport məsrəfləri bəhanəsilə xeyli pul alıb. Bundan sonra isə qardaşı həbsdə olduğuna deyərək kredit kartını əldə edib.
Ümumilikdə 22 min lirə pulu mənimsənilən M.F.A polisə müraciət edib. Polisin araşdırması zamanı evli olmadığı ortaya çıxan dələduz Məhəmmədəli O. qonşusu M.F.A-dan pul alarkən saxlanılıb.
Həmin şəxsin daha əvvəl də iki dəfə dələduzluq etdiyi məlum olub. Məhəmmədəli polis bölməsinə gətirilən zaman fotosunu çəkmək istəyən müxbiri də təpiklə vurub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub