"Faytonçu" Nazimin ölüm xəbəri yalan çıxdı

815
"Faytonçu" Nazimin ölüm xəbəri yalan çıxdı

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişyarının ölüm xəbəri yayılıb. 

Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin həmkarı Vüqar Muradov sosial şəbəkədə paylaşım edib. 

O, sənətçinin bir neçə saat əvvəl dünyasını dəyişdiyini qeyd edib. Muradov daha sonra paylaşılan həmin postu İnstaqram səhifəsindən silib. 

Qafqazinfo mövzu ilə bağlı V.Muradovla əlaqə saxlayıb. İfaçının köməkçisi qeyd edib ki, Vüqar Nazimin ölüm xəbərini onun dostu, dağıstanlı ifaçı Əli Əkbər Şahmuradovun səhifəsində görüb. 

"Faytonçu" ilə əlaqə saxlamaq mümkün olmayıb. Onun keçmiş prodüseri isə müğənni ilə gecə zəngləşdiyini, toy barədə danışıqlar apardığını söyləyib. 

O bildirir ki, Nazimin xanımıyla əlaqə saxlayıb və hər şeyin qaydasında olduğunu söyləyib. 

09:39

Müğənni Vüqar Muradov 2 saat əvvəl sosial şəbəkədə “Faytonçu” Nazimin (Nazim Pişyari) vəfat etməsi ilə bağlı xəbər yayıb.

Mynews.az-ın məlumatına görə, Oxu.Az-ın əməkdaşı V.Muradovun prodüseri ilə əlaqə saxlayıb. O, bu məlumatın Nazim Pişyarinin yaxın dostu Ələkbər Şahmuradovun səhifəsindən götürüldüyünü bildirib və bu haqda dəqiq məlumatı olmadığını söyləyib. Zəngimizdən sonra isə müğənni məlumatı səhifəsindən silib.

Daha sonra N.Pişyarinin yaxınları və dostları ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.

Xəbər lenti