Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Mynews.az apa-ya istinadla xəbər verir ki, dünən saat 20:25 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə naməlum sərnişinin avtobusda odlu silaha oxşar əşya ilə avtobusun sürücüsünü hədələməsi barədə məlumat daxil olub.
Dərhal Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu xuliqanlıq hərəkətini törədən şəxsin şəxsiyyəti tam müəyyənləşib. Hazırda onun saxlanılması üçün tədbirlər görülür.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub