Rusiyada pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı axtarışa verilib.
Mynews.az report-a istinadən xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Xabarovsk polisi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürməkdə şübhəli bilinən Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlunu axtarır.
Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hazırda polis onun ola biləcəyi hər yeri axtarır və şəhərin müşahidə kamerasını nəzərdən keçirir.
“Bu, onun yaşadığı, olduğu və dincəldiyi yerlərdir. Onun tanışlarının bütün dairəsi öyrənilir”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.
Hüquq-mühafizə orqanları həmçinin hava limanını, vağzalları və yolları yoxlayırlar. Şübhəli şəxsin olduğu istiqamətə post-patrul xidmətinin bütün əməkdaşları göndərilib.
Harada yaşaması ilə bağlı pasport qeydiyyatının tələb olunmadığı mehmanxanaların sahibləri bu barədə məlumatlandırılıb.

1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub