Göyçay rayonunda qətl hadisəsi baş verib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 20-də gecə saatlarında qeydə alınıb. Şəhər sakini, 1992-ci il təvəllüdlü Pərviz Şahin oğlu Abdurrəhmanov baldızının nişanlısı, 1989-cu il təvəllüdlü Müşviq Nizami oğlu Əkbərovla mübahisə edib. Mübahisə davaya çevrilib və P.Abdurrəhmanov M.Əkbərovu bıçaqlayıb. M.Əkbərov hadisə yerində dünyasını dəyişib.
Göyçay rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətli törədən P.Abdurrəhmanov saxlanılıb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub