5 yaşlı oğlunu boğaraq öldürən qadın məhkəmə qarşısında

588
5 yaşlı oğlunu boğaraq öldürən qadın məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

N.Qulubəyova ifadə verməkdən imtina edib. O, özünü pis hiss etdiyini söyləyib.

Daha sonra onun qanuni nümayəndəsi, N.Qulibəyovanın qardaşı dindirilib. O, bacısının əvvəllər xəstəliyinin olmadığını bildirib: "Mən evə gələndə artıq hadisə baş vermişdi. Orada FHN əməkdaşları və Nazilənin həyat yoldaşı Rüstəm də vardı. Polis də gələndən sonra qapını sındırdılar. Rüstəm çox həyəcanlı idi. İçəri daxil olandan sonra həkim də çağırıldı. Uşaq divanın üzərində uzanıqlı vəziyyətdə idi".

O, bacısının həmişə özünə qapandığını qeyd edib: "Hadisədən sonra bildim ki, o, sektaya, dini təriqətlər olan yerlərə gedib".

N.Qulubəyova qardaşı ifadə verən zaman əyləşdiyi yerdən qeyri-adi hərəkətlər edib.

Hazırda məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova dini təriqətlərdən birinin üzvü olub.

O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağın xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova deyib ki, “pis ruhları çıxarmaq” üçün oğlunun ağzına əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

Xəbər lenti