Seks videosu yayılan qadının internet faciəsi - FOTOLAR

1799
Seks videosu yayılan qadının internet faciəsi - FOTOLAR

Tiziana Cantone üçün hadisələrin intihar səviyyəsinə gələcək başlanğıcı, yəqin ki, cəmi bir neçə saniyə çəkib.

Neapolun kənarında yerləşən Mugnano-dan olan 31 yaşlı Tiziana, bir neçə seks videosunu Whatsapp mesajlaşma proqramı vasitəsilə beş dostuna yollayır. Bunların içində, münasibəti qarışıq olan sevgilisi Sergio Di Palo da olub.

Videolar onun, bir neçə kişi ilə seksual hərəkətlərini göstərir.

"O, gözəl və həssas idi," 15 illik rəfiqəsi Teresa Petrosino deyir. "O, yanlış zamanda yanlış insanlara olub."

Videolar tezliklə paylaşılır və bir neçə internet səhifəsinə yüklənir. Fiziki hərəktlərdənsə, Tiziana Cantone-in bir cümləsi daha çox yaddaşlara həkk olur:

"Video çəkirsən?" o, kameranı tutan kişidən soruşur. "Bravo!"

Sözlər, sərbəst gənc qadının seks zamanı videoya çəkilməkdən həzz aldığını göstərir. Təsadüfən ifadə, insanlara videonu izləyə bilmək lisenziyası təqdim edir: əgər o, videoya çəkilməsinə etiraz etməyibsə, baxmaqda heç bir qəbahət yoxdur.

Lakin italyanlar təkcə baxmaqla kifayətlənmirlər. İstifadəçilər tezliklə onun ifadəsini mimlərə çevirirlər. Tiziana-nın şəkili gödəkcə və parodiya səhifələrində yer alır.

Heç kəs, onun nə hiss etdiyini düşünmək istəmirdi, çünki hamı Tiziana-nın bundan razı qaldığına inanırdı.

Lakin, bu yanlış anlaşılıb.

"İnsanlar, sərbəst bir adam ilə internetdə yayılmanı səhv salırlar," sosial şərhçi Selvaggia Lucarelli deyir.

"Video hazırlayıb, insanlarla paylaşa bilərsən, amma, bundan daha artıq paylaşmaq üçün bir razılıq olmalıdır."

Qanuni savaş

Həssas Tiziana Cantone, bundan dəhşətə gəlir.

"Biz onunla heç vaxt videonun detalları haqqında danışmamışdıq," rəfiqəsi Teresa söyləyir. "Heç vaxt onları görməmişdim və görmək belə istəmirəm. Onun bundan əzab çəkdiyini görürdüm. Lakin, çox güclü idi."

Xanım Cantone mübarizə aparmaq qərarına gəlir. Lakin, videoların dərhal silinməsi üçün bir yol yox idi.

O, məhkəməyə müraciət edir və videoların icazəsi olmadan internet səhifələrinə yerləşdirildiyini iddia edir.

"İnsanlar onu tanıyacaq dəyə küçəyə çıxmaq istəmirdi. O, virtual dünya ilə real dünyanın eyni olduğunu anlamışdı," Teresa izah edir.

"O, vəziyyətin dəyişməyəcəyini başa düşmüşdü. Yəni, potensial həyat yoldaşı, potensial övladları nə zamansa videonu görə bilərdilər, heç zaman videolardan yaxasını qurtara bilməyəcəkdi."

Tiziana-nın anası qalan ömrünü qızını müdafiəyə həsr edəcək

Anası Maria Teresa Giglio, yalnız həftələr sonra qızı haqqında məlumat vermək cəsarəti toplayıb.

"Qızım çox yaxşı qız idi, həm də çox həssas idi," o, BBC-ə deyib. "Doğulandan ata qayğısı görməyib. Heç zaman atasını tanımayıb. Bu, onun bütün həyatına təsir etmişdi."

Ana ilə qızı bir yerdə yaşayırmışlar. Xoşbəxt vaxtlarında Tiziana italiyalı müğənnilərə qulaq asar, əsərlər oxuyar və pianoda ifa edərmiş. İntim videolar yayıldıqdan sonra, o, hər şeydən əlini üzür.

"Onun həyatı, hər kəsin gözü önündə məhv oldu," anası söyləyir. "İnsanlar ona lağ edir, təqlidləri pornoqrafik səhifələrə yerləşdirilirdi. Ona tərbiyəsiz adlarla müraciət edilirdi."

Sentyabr ayında Neapol məhkəməsi intim videoların bəzi internet səhifələri və axtarış proqramlarında silinməsi qərarını verir. Lakin məhkəmə həmçinin, qanuni xərclər üçün Tiziana-dan 20.000 avro pul istəyir.

Hər şey üst-üstə gəlirdi.

2016-cı il sentyabrın 13-ü Maria Teresa Giglio şəhərdəki işinə gedir. Qızı evdə qalır.

Xanım Giglio-ya işdə telefon zəngi gəlir.

"Qardaşımın arvadı mənə zəng vurdu və sakit səslə evə gəlməyimi istədi. Evə çatdıqda polis və təcili tibbi yardım maşınlarını gördüm və hər şeyi başa düşdüm," o ağlayaraq deyir.

 

"Qardaşım arvadı onu xilas etməyə çalışır. Qonşularım məni, maşınımdan çıxmağa qoymadılar. Az qala ürəyim gedəcəkdi. Mənim evə girməyimi istəmirdilər. Son dəfə ona baxa bilmədim."

"O, ölən gün mənim həyatım bitdi."Tiziana Cantone Neapolun kənarında yerləşən işçi sinfin yaşadığı Mugnano-dakı ailə evində qalırdı.

İtalyanlar Tiziana-nın ölümündən təsirləniblər və dəfni İtaliya mediasına geniş yayımlanıb

Bir gün sonra, Maria Teresa Giglio qızını ağ tabutda torpağa tapşırır. Dəfn mərasimində belə bir qeyd asılmışdı: "şirin, gözəl, həssas mələk!"

Videoları kim paylaşıb?

Tiziana Cantone-nin ölümündə bir kədərli paradoks gizlənib. Həyatına qəsd etməklə o, bütün bunların unudulacağına ümid etsə də, əksi baş verib.

Anası da məcbur şəkildə video yazıları izləyib.

"Bunun nə demək olduğunu təsəvvür edə bilməzsiniz. Mən həqiqəti anlamaq üçün detalları görmək istəyirdim. Bu mənim Tizianam deyildi," deyən Maria Teresa, qızının narkotik maddə təsirində olduğuna inanır.

O, videoların təsadüfən lentə alınmadığına da inanır.

"Sanki bu, qabaqcan düşünülmüş kriminal plan idi. Onlar sadəcə bu yazıq qızın üzünü göstərərək internetə yaymaq istəyiblər."

Xüsusilə də, Xanım Giglio, qızının keçmiş sevgilisi Cənab Di Palo-un bu iş ilə bir əlaqəsi olub-olmamasını bilmək istəyir.

"O, qızımı xilas etməyim üçün mənə kömək etmədi. Bəlkə həqiqəti tapmaqda mənə kömək olar."

2016-cı ilin noyabrında prokurorlar Cənab Di Palo-nu 10 saat dindiriblər. Onlar, Tiziana-nın intiharında kiminsə əlinin olub-olmamasını öyrənmək istəyirdilər. Cənab Di Palo bizim müsahibə təklifimizi rədd etdi.

"Biz, ictimai münasibətdən əziyyət çəkən Tiziana-ya hörmətimizdən şərh verməkdən boyun qaçırırıq," Cənab Di Palo-nun vəkili Bruno Larosa deyib. "Biz məhkəməyə etibar edirik və nəzərinizə çatdırım ki, mənim müştərim ittiham olunmur."

Tiziana-nın ölümündən qalanlar

Tiziana Cantone-nin intihar etdiyi gün, İtaliyanın pornoqrafiya və şəxsilik haqqında müzakirə tonu dəyişir.

"Düşünürəm ki, hadisə, fərq yaratdı, həm də italiyalı jurnalistlərin pornoqrafiya ilə bənzəri münasibətində kəskin bir fərq," sosial şərhçi Selvaggia Lucarelli deyir.

"Onlar qayğısız yanaşmaya öyrəşmişdilər və Tiziana-nın ölümü bunu dəyişdi. Bu cür başqa hallarda, tərəflərdən biri tanınmış şəxs olarsa, medianın münasibəti daha tədbirli olur."

Həmçinin, intim görüntülərini internetdə yaymaq istəyənlər üçün də ibrətamiz bir dərs oldu.

"İnsanlar, virtual həyatları ilə real həyatlarını paralel reallıq kimi görürlər," Xanım Lucarelli xəbərdarlıq edir. "Amma belə deyil. Onlar üst-üstə düşürlər. İnternet, bizim həyatımızdır. Real həyatda etmədiyiniz şeyləri internetdə də etməməliyik."

Tiziana-nın anası, onun ölümünün başqa qadınlara gələcəkdə kömək etməsini istəyir

Tiziana-nın videoları əsas axtarış sistemlərində tapılmasa da, hələ də mövcuddurlar.

Onun anası İtaliya və Avropanın qalan hissələrinin şəxsi materialların internetdən silinməsi üçün daha sürətli bir yol tapmasını və böyük internet şirkətlərinin məsuliyyətlə davranmasını istəyir.

"Mən, özüm kimi əziyyət çəkən bütün anaların adından danışıram," o deyir.

İtaliyanın şəxsi məlumatların qorunması üzrə sədri Antonello Sorro, dəyişikliklərə ehtiyacla razılaşsa da, hökumətin nə edəcəyi haqqında söz açmır.

"Bizim, müxtəlif internet platformaları üzrə daha sürətli cavab mexanizminə ehtiyacımız var, lakin, internetdə hörməti artırmaq da vacibdir," o çıxışında bildirib.

"Yeni internet dünyası üçün adekvat olan mədəniyyət və həssaslıqla bağlı rəqəmsal təhsil üçün, güclü investisiyaya ehtiyac duyuruq."

Tiziana-nın anası üçün isə artıq həyat, qızının adını müdafiə etmək və başqalarının eyni taleyi yaşamaması üçün mübarizə aparmaqdan ibarətdir.

"Ümid edirəm ki, Tiziana Cantone-nin adı istehza kimi yox, digər qadınların xilas olması üçün dilə gətiriləcək. Bunun baş verməsini istəyirəm. Başqa insanları xilas etmək üçün."

Xəbər lenti