İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinin şini partlayıb və sürücü təkəri dəyişmək üçün yoldan keçən “VAZ 2107” markalı minik avtomobilini saxlayaraq onun sürücüsündən kömək istəyib.
Mynews.az-ın xeberle.com-a istinadən verdiyi məlumata görə, “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü, Sumqayıt şəhəri, Corat qəsəbə sakini Mustafayev Xalid Rauf oğlu sürücü yoldaşına kömək məqsədilə avtomobildən yerə düşərkən ehtiyatsızlıq edib və yolda hərəkətdə olan “Ford” markalı yük avtomobili onu vurub.
Xalid Mustafayev ağır kəllə beyin travması və bədənin müxtəlif nahiyələrinin sınıq və əziyi diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Xalid Mustafayev Sumqayıtda sehrbaz, illuziyaçı kimi tanınırdı.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub