Respublika Perinatal Mərkəzində 40 günlük körpə tərk edilib.
Mynews.az xəbər verir ki, oxuculardan biri baku.ws-ə körpənin anasının doğuş zamanı öldüyünü bildirib.
İddiaya görə, oğlan uşağı olan körpə xəstəxanada 40 gündən çoxdur ki, qalır. Atası isə uşağını xəstəxanadan götürmür. Məsələni dəqiqləşdirmək üçün Perinatal Mərkəzə yollandıq. Xəstəxanadan bildiriblər ki, doğuş zamanı uşağın anası həqiqətən də ölüb. Xəstəxanadan bildirilib ki, uşağın anasına əvvəl dəfələrlə xəbərdarlıq olunub ki, ana olmaq onun həyatı üçün təhlükəlidir.
Ancaq Mərkəzdən uşağın atasının ona sahib çıxmaması iddiası ilə razılaşmadılar. Bildirildi ki, bir müddətdən sonra uşağın atası gələrək onu xəstəxanadan götürəcək. Mərkəzin Məlumat Bürosundan isə körpənin nə səbəbə görə, 40 gündən çoxdur ki, xəstəxanda qalması və onun valideynlərinin Mərkəzi müraciət etməməsi sualımıza cavab verən tapılmadı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub