Ötən gün Oğuzda baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə avqustun 20-i Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki rayonu Aşağı Göynük kənd sakini, 46 yaşlı Vəlyəddin Hünmətovun idarə etdiyi “Mersedes”lə Oğuz rayonu Kərimli kənd sakini 27 yaşlı Cəmil Abdullayevin idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil toqquşub. Sərnişinlərdən biri Qəbələ rayon sakini Müzəffər Fətəliyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər isə Oğuz MRX-a aparılıblar.
Yaralılar - Bakı şəhər sakinləri olan 53 yaşlı Məhsuma Kahraman, onun 12 yaşlı övladı Murad Kahraman, “Volkswagen Passat”ın sürücüsü Cəmil Abdullayev, onun anası 57 yaşlı Sədaqət Abdullayeva, “Mersedes”in sürücüsü Vəlyəddin Hünmətov və Şəkinin Şin kəndindən 54 yaşlı Şükür Ağamirzəyev Şəki MRX-a göndəriliblər
Vəlyəddin Hünmətov və Şükür Ağamirzəyev xəstəxanaya daxil olduqdan bir qədər sonra aldıqları ağır bədən xəsarətlərindən ölüblər.
Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub