Bu gün Lerik rayonunda yaşayış evi yanıb.
Mynews.az xəbər verir ki, rayonun Vizəzəmin kəndində Mirzəhüseyn Həsənova məxsus evdə baş verən yanğın nəticəsində ev sahibi, onun həyat yoldaşı və qızı aldıqları xəsarətdən ölüblər.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq, Təcili Tibbi Yardım xidmətinə təhvil verilib, ona yerində ilkin tibbi yardım göstərilib.
Yanğınsöndürənlər tərəfindən ev sahibi, 1963-cü il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı, 1967-ci il təvəllüdlü Hüseynova Şükufə Qüdrət qızının və ev sahibinin 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızının yanmış meyitləri aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 07:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub