Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ramana qəsəbəsi ərazisində yerüstü piyada keçidinin altında təxminən 40 yaşlı kişi yolu keçmək istəyən zaman onu Vüsal Hüseynovun idarəetməsində olan "Naz Lifan" markalı avtomobil vurub.
Nəticədə şəxsiyyəti hələlik məlum olmayan şəxs hadisə yerində ölüb. Avtoqəzanın qeydə alındığı əraziyə yol patrul xidməti və polis əməkdaşları cəlb edilib. Sürücü V. Hüseynov Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada yolu keçərkən tək olmayıb. Onunla birlikdə yolu başqa bir nəfər də keçirmiş. Hər iki şəxs sərxoş imiş.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub