Tovuz rayon sakini əmisi arvadını döyərək xəstəxanalıq edib.
Mynews.az xəbər verir ki, Report-un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Sevda Şəmşəd qızı Rüstəmova ailə münaqişəsi zəminində qaynının oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Xəstəxanadan bildirilib ki, qadının hər iki ayağı və sağ əli sınıb: "Yaralı ağır və huşunu itirmiş vəziyyətdə xəstəxanaya gətirilib. Qadın baş, üz və qarın nahiyələrindən ağır xəsarətlər alıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır".
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub