Sabirabad RPŞ əməkdaşları tərəfindən "Xaş-Xaş 2017" kompleks tədbirlər planına uyğun olaraq ümumi çəkisi 94 kq olan xüsusi üsulla qulluq edilərək yetişdirilən çətənə kolları aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Sabirabad RPŞ-ə rayonun Qaratəpə kənd sakini Ramil Əhmədovun yaşadığı evdə narkotik tərkibli kolların əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əhmədovun evinə baxış keçirilib. Baxış zamanı qeyd edilən evin həyətyanı sahəsindən ümumi çəkisi 86 kiloqram 500 qram olan 23 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.
Axtarış tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evdən 3 ədəd şüşə balonda, 2 ədəd sellofan torbada, iki ədəd sintetik qabqa, 10 ədəd kibrit qutusunda ümumi çəkisi 3 kiloqram 200 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Həmçinin evin otaqlarından birindən qurumaq üçün asılan ümumi çəkisi 7 kiloqram 500 qram olan olan 7 ədəd çətənə bitkisi də aşkar edilib.
Bundan əlavə R.Əhmədovun üzərindən bir büküm çəkisi 0,10 qram olan heroin də aşkarlanıb.Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub