Polis bu gün səhər dənizdən tapılan başsız cəsədin isveçli jurnalist Kim Valla aid olduğunu təsdiq edib.
Mynews.az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə məlumat rəsmi Tvitter səhifəsindən verilib. Məlumatda qeyd olunub ki, DNA testindən sonra cəsədin Kim Valla aid olduğu dəqiqləşib.
Onun sualtı qayıqda öldüyü deyilsə də, necə ölməsi barədə dəqiq məlumat yoxdur.

Kim Vallın əlsiz, ayaqsız və başsız cəsədi Danimarkanın paytaxtı Kopenhaqendə, Koge Bay limanında tapılıb.
Kim Vall avqust ayından etibarən axtarışda idi. O, axırıncı dəfə danimarkalı ixtiraçı Peter Madsen ilə görüşüb. İxtiraçı Kimin yoxa çıxmasından sonra onun ölümündə şübhəli bilindiyinə görə tutulub.
Qeyd edək ki, Kim Vall 30 yaşlı müstəqil jurnalist idi. O, "The Guardian", "The New York Times" qəzetləri üçün çalışıb. Kim Madsen ilə intervyu üçün görüşüb.
Onlar 18 metrlik "UC3 Nautilus" sualtı qayığında birlikdə olublar. Madsen ifadəsini dəyişmədən öncə bildirmişdi ki, bədbəxt hadisə baş verib, Vall ölüb, o da onu quruda basdırıb.
Madsen İsveçlə Danimarka arasında batan sualtı qayıqdan sağ çıxıb. Polislər düşünür ki, o, qayığı qəsdən batırıb.46 yaşlı sahibkar, rəssam, sualtı qurucusu və aviasiya mühəndisi Madsen isə jurnalisti öldürmək barədə deyilənləri qəbul etmir.

Məsələ ilə bağlı araşdırma aparılır.
Polis cəsədin kimliyi təsdiqlənməzdən öncə onun əl-qolunun qəsdən kəsildiyini söyləmişdi. Hazırda dənizdə onun digər bədən üzvləri axtarılır.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub