Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk vilayəti üzrə idarəsi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürən azərbaycanlının yeri barədə məlumatın müqabilində 500 min rubl (14 min manatdan artıq) pul mükafatı təyin edib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib. Məlumatda bildirilir ki, qəsdən adam öldürmə maddəsi ilə 1991-ci il təvəllüdlü Anar Allahverənov axtarışdadır.
Mükafat federal axtarışa verilmiş bu şəxsin saxlanılmasına kömək edəcək informasiyaya görə veriləcək. Güc strukturu məlumat verən şəxsin kimliyinin gizli saxlanılacağına zəmanət verir.
Qeyd edək ki, avqustun 20-də azərbaycanlı döyüş ustası Anar Allahverənov ona “çuşka” dediyi üçün pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu döyərək öldürüb. Ölüm anı müşahidə kameralarında qeydə alınıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub