Rusiyanın Nijni Novqorod şəhərində “QAZ” avtomobil zavodunun ərazisində bir kişi bıçaqla insanlara hücum edərək 3 nəfəri öldürüb, 2 nəfəri ağır yaralayıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, həmin şəxs zavodun keçmiş işçisi olub.
Ehtimal olunur ki, zavod rəhbərliyinin onu işdən çıxması hücumun əsas səbəbidir. Məlumata görə, həmin şəxs zavod rəhbərliyinə hücum etməklə işdən çıxarılmasının qisasını alıb.
“O, işə gəlmişdi. Ona dedilər ki, işdən çıxarılıb. O da özünü saxlaya bilməyib, bu hadisəni törətdi”, - deyə zavodun əməkdaşlarından biri bildirib.
Hadisə yerinə təcili tibbi yardım maşınları və həkimlər cəlb olunub.
Hələlik hüquq-mühafizə orqanları rəsmi açıqlama verməyib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub