Avqustun 8-də, saat 15:00 radələrində Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, meyitin boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır.
Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub.
Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud 492-02-02 nömrəli telefonla Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.
.jpg)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub