Paytaxtın Nizami rayonu ərazisində küçədə tapılmış yeni doğulmuş qız uşağı Professor Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına yerləşdirilib.
Mynews.az salamnews-a istinadən xəbər verir ki, Bakıda küçəyə atılan yeni doğulmuş körpə xəstəxanaya yerləşdirilib.
"İlkin müayinlər zamanı onun 4 günlük olduğu müəyyən edilib. Xəstəxanaya daxil olduqdan sonra vəziyyətinə uyğun olaraq birinci reanimasiya şöbəsinə yerləşdirilib. Lazım olan intensiv tədbirlər aparılıb, müvafiq tibbi yardım göstərilib. Hələki vəziyyəti ağır olaraq qalır. Bu müddət ərzində xəstəxana daxilində bütün laborator müayinələrdən keçirilərək diaqnozlar dəqiqləşdiriləcək və lazım olan tədbirlər görüləcək. Hazırda uşaq reanimasiyada tibbi heyətin nəzarəti altındadır".
Füruzə Xudatova bildirib ki, uşaq yarımçıq doğulub, çəkisi 2 kq-dır. Xəstəxanaya daxil olarkən adının Şəlalə Əliyeva olduğu bildirilib. Körpənin daun sindromlu olduğu ehtimal edilir. Çox güman ki, onun atılma səbəbi də budur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub