Cinayət axtarış şöbəsinin xüsusi əməliyyat müvəkkili, 1994-cü il təvəllüdlü Nurlan Vəliyev boynunun arxasının kəsici-deşici yaraları ilə xəstəxanaya çatdırılıb Ramella İbrahimxəlilova Ötən bazar günü Ağstafa Polis İdarəsinin əməkdaşı, Dağ Kəsəmən kəndi yaxınlığındakı Red PETROL yanacaqdoldurma stansiyası ərazisində yaralanıb.
Mynews.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Ağstafa rayonunun hüquq-mühafizə orqanlarından bildirilib.
Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, 1994-cü il təvəllüdlü Nurlan Vəliyev boynunun arxasının kəsici-deşici yaraları ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirilər. Bu arada, polis əməkdaşının hansı şəraitdə yaralanmasının təfərrüatları məlum olub. Cinayət hadisəsi axşam saat 22 radələrində törədilib.
Yanacaqdoldurma stansiyasının direktorunun adından Ağstafa RPİ-yə məlumat daxil olub ki, naməlum şəxs stansiya ərazisində bıçaqla dava salıb. Hadisə yerinə yollanan Vəliyev özünü dava edən tərəflərə təqdim edərək, onları qayda-qanuna riayət etməyə dəvət edib. Amma fərdi taksi fəaliyyəti ilə məşğul olan Ramin adlı kişi, polis əməkdaşının çağırışına qulaq asmaq əvəzinə, ona bıçaqla bir neçə zərbə endirib. Bıçaq zərbələrindən biri sol gözün qapaq hissəsinə dəyərək, gözü azacıq zədələyib.
Digər zərbələr qular və boyun hissələrinə təsadüf edib. Məlumata görə, davada iştirak edən iki nəfər saxlanılıb. Amma istintaq tədbirləri baxımından onların adları açıqlanmır. Faktla bağlı araşdırma davam edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub