Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Xudat-Yalama yolunun 3-cü km-də Xudat şəhər sakini, 1970-ci il təvəllüdlü Ələkbərov İlqar Ələkbər oğlunun idarə etdiyi “Daewoo” markalı, 10 LC 160 dövlət nömrə qeydiyyatlı avtomobil idarəetmədən çıxaraq, aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, Xudat şəhər sakini, 1990-cı il təvəllüdlü Abdullayev Orxan Saməddin oğlu ağır bədən xəsarətləri alaraq Xudat şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub