İnquşetiyada qanunsuz əmək fəaliyyətinə görə 24 Azərbaycan vətəndaşı saxlanılıb.
Mynews.az-ın məlumatına görə, bunu Report İnquşetiya Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Pozuntular Nazranda aparılan yoxlamalar nəticəsində aşkar edilib.
Qanunu pozanların hamısı polis əməkdaşları tərəfindən saxlanılıb, məlumatlar bazasında yoxlanılıb. Onlar barəsində inzibati protokollar hazırlanıb. Sanksiyalara əsasən, saxlanılanlar sonradan Rusiyadan çıxarılmaqla 5 min rubla qədər cərimələnəcəklər. Tərtib edilən inzibati materiallar müvafiq prosessual qərarın qəbulu üçün Maqasski rayon məhkəməsinə verilib.
Əcnəbiləri qanunsuz şəkildə işə götürən tikinti şirkəti barəsində isə inzibati icraata başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub