Ağdam sakini Mirhəsən Abduyev 40 ildən çoxdur ki, həyatyanı sahəsində ilan saxlayır.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, Ağdamın Quzanlı qəsəbə sakini 55 yaşlı Mirhəsən kişi 12 ildir ki, ilan saxladığını bildirir. Uşaqlıqdan bu işə həvəs göstərən şəxsin indiyə kimi 27 gürzəsi olub. Sonralar həmin ilanları dağlıq əraziyə buraxıb. 2 gün sonra həmin canlılardan biri geriyə qayıdıb.
Mirhəsən Abduyev: "Xoşlamıram çox uzaqlaşsınlar. Gəzintiyə çıxanda dururam yanlarında. Çünki getsə, səhər qayıdıb gələcək. Özü üçün fırlanır, görünməməyi çox təhlükəlidir. İlan zəhərinin dadı turşdur."
Uzunluğu 2 metr olan ilanları xüsusi qaydada qidalandırır. Ölmüş quşların cəsədlərini yedirir. Tez-tez ilanın zəhərini çıxardır.
Bu həyətdə Qafqaz gürzəsi ilə yanaşı qızıl ilana da rast gəlmək mümkündür. Onun zəhəri olmasa da, dişləyə bilir. Mirhəsən kişi evdə olmayanda ilanları qohumlarına həvalə edir. O, sürülərə bağlandığını deyir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub