Sumqayıtda səhər saatlarında yanğın olub.
Mynews.az ARB 24-yə istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən 5 mərtəbəli yataqxana binasında baş verib.
Alov ümumi sahəsi 20 kvadratmetr mənzilin eyvanında başlayıb. Nəticədə 6 kvadratmetr ərazi, 2 ədəd taxta dolab, 1 ədəd soyuducu və geyim əşyaları yanaraq kül olub. Binanın beşinci mərtəbəsində yaşayan 30 nəfər sakin təxliyə olunub.
Alov Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən ram edilib və digər ərazilərə keçməsinin qarşısı alınıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub