Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlılar - iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib.
Mynews.az xəbər verir ki, bu barədə azvision.az-a açıqlamasında Zəhra Quliyevanın atası Elnur Quliyev məlumat verib: "Artıq bir neçə gündür ki, qızımın və anamın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət etmişik. Lazım olan sənədlər göndərilib. Bütün dünya bilməlidir ki, övladım və anam günahsız yerə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib", - deyə E.Quliyev bilidirib.
Qeyd edək ki, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib.
Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub