Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, avqustun 24-də saat 4 radələrində Səbail rayonu ərazisində bir nəfər piyadanın yolu keçərkən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Müəyyən edilməmiş avtomobilin vurduğu Şirvan şəhər sakini Fazil Hüseynov aldığı ağır bədən xəsarətindən elə hadisə yerində ölüb. Bu barədə Səbail RPİ-yə məlumat daxil olan kimi polis əməkdaşaları dərhal hadisə yerinə gəlib. Hadisəni törədən nəqliyyat vasitəsinin və onu idarə edən şəxsin müəyyən edilməsi üçün təxirəsalınmaz tədbirlərə başlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən hadisənin “Renault” markalı avtomobillə törədilməsi müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib.
Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin avtomobili Bakı şəhər sakini Teymur Hüseynovun idarə etdiyi müəyyən edilib. Keçirilən tədbirlərlə avtomobil sürücüü ilə birlikdə saxlanılıb.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub