Bolqarıstanda dərc edilən “Trud” (Əmək) qəzetinin jurnalisti Dilyana Qaytanciyeva Azərbaycan aviaşirkəti vasitəsilə İŞİD-ə silah təchizatı barədə böhtan xarakterli məqaləsinə görə işdən qovulub.
Mynews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə jurnalist qadın özünün “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, avqustun 24-də jurnalist Bolqarıstan Milli Təhlükəsizlik Agentliyinə çağırılaraq, Suriyadakı terrorçuların silahlarla təchizatı ilə bağlı sənədlərlə əlaqədar sorğu-sual edilib.
Bundan sonra o, “Trud” qəzetində tutduğu vəzifədən xaric olunub. Bir neçə gündən sonra Dilyana Qaytanciyeva Suriyaya növbəti dəfə səfər etməli idi.
Xatırladaq ki, bir müddət öncə Qaytanciyeva böhtan xarakterli məqalə yazmış və həmin məqalədə iddia etmişdi ki, guya “Silk Way” aviaşirkəti və Azərbaycan Hərbi-Hava Qüvvələri diplomatik aviareyslər adı altında silah daşıyır. Daha sonra Azərbaycan diplomatları və “Silk Way”in təmsilçiləri həmin məlumatı təkzib etmişdilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub