Azərbaycanlı kriminal avtoritetlər arasında yeni “müharibə” başlayır.
Mynews.az xəbər verir ki, bu barədə “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb. Artıq bir qrup “qanuni oğru” azərbaycanlı qanqsterlərin lideri Nadir Səlifova (Lotu Quli) mesaj da göndərib. Belə ki, Qulinin bir neçə adamı döyülüb, atışma baş verib. Səlifovun reputasiyasına bələd olan əməliyyatçılar onun tezliklə “müxalifətin ovuna” çıxacağını gözləyirlər.
Mənbənin sözlərinə görə, uzun danışıqlardan sonra 4 azərbaycanlı “vor zakon” Quliyə qarşı vahid müxalifət yaradıb. Söhbət Rafiq Eyvazov (Rafik Masallinski), Cavid Məmmədov (Dato Ağcəbədinski), Emin Əhmədov (Emin Hacıqabullu) və Ceyhun Əskərovdan (Ceyhun Gəncəli) gedir. Onların daha əvvəl Rövşən Lənkəranskinin klanına daxil olan avtoritetlərdən dəstək aldıqları da qeyd edilir. Həmin müxalifət qrupu arasında Lənkəranskinin qohumu Zaur da var.
Silahlı atışma ilə qeydə alınan qarşıdurmalardan birinin Azərbaycanda baş verdiyi qeyd olunur.
Mənbə onu da əlavə edi ki, “qanuni oğru”ların ona qarşı birləşməsi Quli üçün gözlənilməz olub. Lakin artıq özünə gələn avtoritet qruplaşmaya qarşı əməliyyata hazırlaşır.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub