10:20
Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində iki uşaq boğulub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Bərdə rayon Bəcirəvan kənd sakini Abdullayev Akif Şahmalı oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobil kəndin ərazisindən keçən Yuxarı Qarabağ kanalına aşıb.
A. Abdullayev sudan çıxa bilsə də, avtomobildə olan nəvələri boğulub.
10 və 11 yaşında oğlanların axtarışı aparılır.
Ağcabədidə yaşayan nəvələrin Bərdə rayonuna - bablarıgilə qonaq gəldiyi bildirilir.
08:49
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ su kanalının Bərdə rayonu, Bəcirəvan kəndindən keçən hissəsinə, "VAZ" markalı minik avtomobili düşüb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Hazırda axtarış işləri aparılır. Əlavə məlumat veriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub