Şəmkir rayonunda yol qəzası baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində “NAZ Lifan” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.
Nəticədə “NAZ Lifan”ın sərnişini, 1964-cü il təvəllüdlü Aslanova Bəsti Qüdrət qızı hadisə yerində ölüb, avtomobildə olan daha bir sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Ölən qadın Şəmkir Mərkəzi Rayon Xəstəxanasının laborantı olub.
Polisdən bildirilib ki, ilkin məlumata görə, qəza “Naz Lifan”ın sürücüArzuman Allahverdiyevin günahı ucbatından baş verib.
A. Allahverdiyev bundan əvvəl də yol-hərəkəti qaydalarını dəfələrlə pozduğuna görə cəzalandırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub