Almaniyada tibb işçisi (tibb qardaşı) 80-dən artıq insanın ölümündə şübhəli bilinir.
Mynews.az Trend-ə istinadən bildirir ki, bundan əvvəl tibb işçisi Nils Heyqel iki xəstənin öldürülməsi ittihamı ilə mühakimə edilib və 2015-ci ilin fevralında ömürlük azadlıqdan məhrum edilib.
N.Heyqel bəyan edib ki, Delmenhorst və Oldenburq şəhərlərində yerləşən xəstəxanalarda reanimasiya şöbələrində 90-a qədər xəstəni dozadan xeyli artıq dərman verərək öldürüb.
Xüsusi komissiyanın araşdırmaları nəticəsində 84 ölüm halı müəyyən edilib.
N.Heyqelin cinayət əməlini 2005-ci ildə onun həmkarlarından bir görüb. O zaman inyeksiyadan sonra xəstə yaşayıb və N.Heyqel 7.5 il azadlıqdan məhrum edilib. Bu hadisədən sonra bir neçə cəsəd eksqumasiya edilib və onlarda dərman izləri müəyyən edilib.Cinayətkar tibb işçisi etiraf edib ki, həddən artıq dozada dərman verməklə xəstələri reanimasiyaya yerləşdirib öz həmkarları qarşısında xilasedici rolunda çıxış etmək məqsədi güdüb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub